top
Valideynini itirmiş uşaqların təhsili ilə bağlı YENİLİK
23 dekabr 2024, 12:19
- ↺ +

Valideynini itirmiş uşaqların təhsili ilə bağlı YENİLİK

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi ilə bağlı dəyişikliklərin məğzi açıqlanıb.

Shimal.News xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni dəyişikliyə əsasən, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər.

Bunlar cəzaçəkmə müəssisələrində cəzasını çəkən, məlum olmayan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər daxildir.

Vurğulanıb ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər.

Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bundan başqa, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir.

Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər