top
Unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 116 il ötür
05 aprel 2025, 11:07
- ↺ +

Unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 116 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki bu musiqi qəlbimizə xalq musiqisi qədər yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.

Bu gün görkəmli bəstəkar Asəf Zeynallının anadan olmasından 116 il ötür.

O, 1909-cu ildə Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirib. Anası onu 7 yaşı olanda Dərbənd realnı məktəbinə qoyub. O, məktəbin uşaq xorunda da oxuyub, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verəndə Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edib. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəf Zeynallının “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəliblər.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) professional bəstəkarlıq təhsili alan ilk bəstəkardır. Asəf Zeynallının yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük rolu olub. O, dahi bəstəkardan xalq musiqisinin əsaslarını öyrənib və sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayıb.

Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradıb. Onun məruzələri maraqla dinlənilib.

Asəf Zeynallı təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində də işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olublar.

Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyev ilə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib. O, ilk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.

Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Asəf Zeynallı özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.

İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləmiş, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.

Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı qayıdarkən yolda yatalaq xəstəliyinə tutulub.

Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Bakı Musiqi Kollecinə və paytaxtın küçələrindən birinə onun adı verilib.

 

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər