Zaqatala rayonu ərazisində itkin düşən Hindistan Respublikası vətəndaşına məxsus olması ehtimal edilən meyitin qalıqları aşkar edilib.
Apa.az-ın məlumatına görə, fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Nəticədə 2022-ci ilin may ayında itkin düşən Kondaveti Maniqant və ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində tapılıb.
Faktla bağlı araşdırma aparılır.