top
Terror təşkilatlarına qoşulan şəxslər həbs edildi - DTX-dən xüsusi əməliyyat - VİDEO
19 may 2025, 13:54
- ↺ +

Terror təşkilatlarına qoşulan şəxslər həbs edildi - DTX-dən xüsusi əməliyyat - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu barədə Shimal.News-a DTX-dən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

 

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər