Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Türkiyədə keçirilən tibbi turizm sərgisində olub. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
Türkiyənin Antalya şəhərində keçirilən "Tibbi turizmin gələcəyi" adlı konfrans və sərgiyə TƏBİB-nin əməkdaşları və tabeli tibb müəssisələrində çalışan xəstəxana direktorları, müavin və digər rəhbər şəxslərdən ibarət nümayəndə heyəti qatılıb.
İştirakçılar konfrans çərçivəsində nüfuzlu klinikalar, tibbi sığorta və tibbi texnologiya şirkətləri ilə tanış olub, sahə üzrə beynəlxalq təcrübəni nəzərdən keçiriblər. Azərbaycan nümayəndə heyəti Antalyada yerləşən bir neçə klinikanın iş prinsipi ilə də yaxından tanış olub, qarşılıqlı təcrübə mübadiləsində iştirak ediblər.