top
Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxılıb
19 fevral 2025, 14:55
- ↺ +

Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təyyarə qəzasında yaralanan və Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncusu da xəstəxanadan buraxılıb.

Bu barədə Shimal.News-a TƏBİB-dən bildirilib.

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.

Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxsin (qadın) vəziyyəti qənaətbəxş hesab edilib. Bununla belə pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Bir müddət əvvəl öz istəyilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər