top
Təyyarə qəzasında sağ qalan bələdçinin atası: “Adını ölənlərin siyahısında oxudum”
26 dekabr 2024, 14:42
- ↺ +

Təyyarə qəzasında sağ qalan bələdçinin atası: “Adını ölənlərin siyahısında oxudum”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan bələdçilərindən biri də Aydan Rəhimlidir. Əvvəlcə onun ölüm xəbəri yayılsa da, sonradan bələdçinin xəstəxanadan görüntüləri yayılıb.

Əslən Zaqataladan olan, 1999-cu il təvəllüdlü Aydan Rəhimlinin atası Vaqif Rəhimli Bizim.Media-ya danışıb. O, qızının təyyarə qəzasına düşməsi xəbərini ilk olaraq mediadakı xəbərlərdən aldığını deyib:

“Qızımın adını ölənlərin siyahısında oxudum. Sonra oğlum zəng etdi ki, Aydanın olduğu təyyarə qəzaya uğrayıb, xəbəri eşitmisən? Dünya başıma uçdu. Sonradan dedilər ki, ekipaj üzvlərindən ikisi sağ qalıb. Onlardan biri də mənim qızımdır. AZAL-la əlaqə saxladım. Qaynar xəttdən mənə məlumat verildi ki, qızınız normaldı, həkim müayinəsindədir”.

Atanın sözlərinə görə qızı Ukraynanın Xarkov şəhərində Beynəlxalq əlaqələr üzrə ali təhsil alıb. Cəmi 4 aya yaxındır ki, AZAL-da çalışır:

“Sözün açığı mən çalışırdım ki, o, təyyarə ilə çox uçmasın. Daha çox yaxın məsafələrə uçuşu olurdu. Xüsusən də Naxçıvana, filan bir neçə uçuşu olub. Ona görə məhz sonuncu uçuşundan xəbərsiz idim”.

Ata qızı ilə bir dəfə telefon əlaqəsi qurduğunu deyib:

“Əslində qızımın yanına uçmaq istəyirdim. AZAL-dan bildirdilər ki, buna ehtiyac yoxdur, xəstə yaxınları xəstəxanaya buraxılmır. Mənə nömrə verdilər, qızımla danışdım. Ağlayırdı... Faciə gözləri önündə canlandığı üçün hələ də özündə deyil. İnsanların necə yandığını öz gözləri ilə gördüyünü deyib hönkürdü. Sarsıntı içindədir. Qızıma psixoloq da təhkim olunub. Bir neçə gün psixoloji dəstək göstərildikdən sonra ölkəyə gətiriləcək”, - deyə ata əlavə edib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər