top
Taksi sürücüsünü qarət edən şəxs məhkəmə qarşısına çıxarılır
10 dekabr 2024, 09:57
- ↺ +

Taksi sürücüsünü qarət edən şəxs məhkəmə qarşısına çıxarılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Taksi sürücüsünə basqın edərək onun külli miqdarda pulunu qarət edən Samir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib.

Şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən olunub ki, Samir Məmmədov 2024-cü ilin iyununda Nəsimi rayonunun "Şamaxinka" deyilən ərazisində taksi fəaliyyəti ilə məşğul olan Quba rayon sakini Rəhim İsmayılova yaxınlaşaraq onu Qubaya aparmasını istəyib. Samir Məmmədov taksi sürücüsü ilə gediş haqqını 70 manata razılaşaraq əvvəlcə Xocəsən qəsəbəsindən anasını və əşyalarını götürüb yola davam edəcəklərini bildirib. Onun göstərdiyi istiqamətlə Xocəsən qəsəbəsinə gəliblər.

O, avtomobili ara məhəllələrə sürdürərək kimsəsiz ərazidə qəfil arxadan əlindəki əşyanı sürücünün kürəyinə dayayaraq üzərindəki pulları tələb edib. Əks təqdirdə onu öldürəcəyini bildirib. Rəhim İsmayılov onun təhdidlərindən qorxaraq avtomobildə olan 1384 manatı Samirə verib. Samir Məmmədov taksi sürücüsünü qarət etdikdən sonra qaçaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları onu narkotik maddələrin istifadəsinə görə saxlayarkən Samirin Bakıda quldurluq törətdiyi üçün axtarışda olduğu üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

 

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Bu gün, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

Oxşar xəbərlər