Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib. Bu haqda ShimalNews 27 aprel tarixində məlumat verir.
Bununla bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə İlham Ağayev təyin olunub.
Ötən ilin avqust ayında ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev 32.5, 308.2, 32.5, 311.3.3-cü maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməklik) etdiyinə görə həbs edilib.