Samur-Abşeron su kanalının Şabran rayonu ərazisindən keçən hissəsində suda kişi meyidi aşkarlanıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, Ağbaş kəndi ərazisinə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda meyitin sudan çıxarılması prossesi gedir. Onun kimliyi və hadisənin necə baş verdiyi araşdırılır.