Ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Balakəndə 19, Oğuzda 10, Qəbələ və Şəkidə 9, İsmayıllı, Şamaxı 3, Quba və Qusarda 2 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.
Havanın minimal temperaturu dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.