Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Shimal.News xəbər verir ki, təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunub.
Bu tədbirlərdə şagirdlər öz yaradıcılıqlarını nümayiş etdirərək, Novruzun sevincini birgə yaşadılar.
