Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edən 43 kömür quyusu aşkar olunub.
Report.аz-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Nəzarət tədbirləri zamanı Qaxda (Çüdüllü, Turaclı, Şotavar), Şəkidə (Baş Şabalıd, Aşağı Göynük), Qubada (Tülər, Rustov, Gültəpə, Bad), Qəbələdə (Pirəlli, Yengicə, Vəndam, Nic), İsmayıllıda (Şəbiyan), Oğuzda (Bucaq və Müc) qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub. Onların barələrində akt, protokol tərtib edilib, kömür quyuları ləğv edilib.