Şimal bölgəsində yağıntılı hava şəraiti davam edir. Bu haqda ShimalNews 6 may tarixində məlumat verir.
Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən, Şahdağın dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı İsmayıllıda 16 mm, Xaltan, Quba, Qrızda 7 mm-dək olub. Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək isti olub.
Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.