top
Şimalda donmuş mədəniyyət: odsuz ocaqlar
26 fevral 2025, 17:10
- ↺ +

Şimalda donmuş mədəniyyət: odsuz ocaqlar

Qışın sərt şaxtası Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzənin kəndlərində təkcə insanları deyil, mədəniyyəti də dondurub. Kəndlərin mədəniyyət evləri və klubları illərdir soyuğun əsirinə çevrilib.

Shimal.News məlumat verir ki, bir zamanlar içində səs-küy, musiqi, teatr olan bu məkanlar indi buz kimi divarları, soyuq kresloları və boş zalları ilə tərk edilmiş qış yataqxanasına bənzəyir.

Bu mədəniyyət ocaqlarının istiliyi odunla təmin olunmalıdır, amma illərdir onlara bir kəsək odun belə verilmir. Halbuki, kəndin hər evində, hər həyətində bir soba var və hər kəs bilir ki, oda odun atılmasa, ocaq sönər. İndi isə bu mədəniyyət ocaqları, sözün əsl mənasında, odun qıtlığından külə dönməkdədir.

İşçilər haqlı olaraq işə getmir. Kim -10 dərəcə şaxtada, əli donmuş halda, nəfəsindən buxar çıxan buz kimi otaqlarda işləmək istəyər? Mədəniyyət evlərində çalışan insanlar qapını açıb içəri daxil olanda elə bil Sibirə düşürlər. Paltolarını çıxarmadan masa arxasına keçən işçilər, kompüterin düyməsinə toxunanda barmaqları donur. Səhnəyə çıxmaq istəyən aktyorlar, sanki açıq havada tamaşa göstərirmiş kimi əsim-əsim əsirlər. Bu, Azərbaycan mədəniyyətinin acı gerçəkliyidir.

Bəs Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi nə edir? Heç nə. Onlar mədəniyyət ocaqlarına odun paylamaq əvəzinə, məsələyə gözlərini yumublar. Sanki qış onlara aid deyil, sanki bu müəssisələr onların tabeliyində deyil. Onlar öz isti kabinetlərində əyləşib, kəndlərdə donan mədəniyyət işçilərinin taleyini unudublar.

Görəsən, onlar mədəniyyəti yalnız tədbirlərdə çıxış edərkən yada salırlar? Yoxsa mədəniyyət yalnız əyləncəli konsertlər və tədbirlərdən ibarətdir? Axı, bu mədəniyyət ocaqları təkcə binalar deyil, bu xalqın ruhudur. Əgər bir xalqın mədəniyyət ocaqları qaranlıq və soyuq içində çürüyürsə, deməli, o xalqın gələcəyi də dumanlıdır.

Əgər aidiyyəti qurumlar öz məsuliyyətini dərk etmirsə, o zaman bu soyuq divarlar, boş oturacaqlar, səssiz səhnələr onlara qarşı bir ittiham aktına çevriləcək. Mədəniyyətin donmuş vəziyyətini görmək üçün uzağa getməyə ehtiyac yoxdur – sadəcə bu kənd klublarına bir baxmaq kifayətdir.

Hələ gec deyil. Qış hələ davam edir, və bu ocaqları yenidən alovlandırmaq mümkündür. Amma bunun üçün istək və məsuliyyət lazımdır. Əks halda, Azərbaycan mədəniyyətinin bu bölgədəki son mənzərəsi – boş, buz bağlamış zallar və içində bir nəfər də olmayan klublar olacaq.


Son xəbərlər

Faydalı
Bu gün, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Bu gün, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Bu gün, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Bu gün, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Bu gün, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Oxşar xəbərlər