Şimal bölgəsində yeni regional mədəniyyət idarəsi yaradılıb. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamına dəyişiklik edib.
Bu Sərəncamla Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi yaradılıb.