Sabah günün ikinci yarısında şimal rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu haqda ShimalNews 18 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntılı hava şəraiti mayın 21-i axşamadək davam edəcək.