Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir. Bu haqda ShimalNews 14 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Quba-Qusar bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-18 m/s, 17-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.