Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal Regional mərkəzləri tərəfindən tədbirlər keçirilib. Bu haqda ShimalNews 22 noyabr tarixində Ombudsmanın saytına istinadən məlumat verir.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində baş tutan hüquqi-maarifləndirici görüşlər Quba, Qusar və Xaçmazda təşkil edilib. Tədbirlərdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat verilib.
Bundan əlavə, sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təbliği, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi mövzularından bəhs olunub.