Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz və Quba rayonlarında sel təhlükəli kəndlərdə maarifləndirmə tədbirləri keçirilib. Bu haqda ShimalNews 18 may tarixində məlumat verir.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.