Şimal bölgəsi üzrə cari ilin yanvar - iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı artıb. Bu barədə ShimalNews 26 iyul tarixində Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 6.8%-i Qubada, 5.5%-i Qusarda, 5.5%-i Şabranda və 1.3%-i Xaçmazda qeydə alınıb.
Qonaqlar Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Böyük Britaniya, Küveyt, İsrail, Hindistan, ABŞ, Pakistan, Qazaxıstan, Almaniya, İtaliya, Gürcüstan, Qətər, İran, Özbəkistan, Niderland, Ukrayna və Fransanın vətəndaşları olublar.