Quba, Qusar və Xaçmazda gənclər arasında intellektual oyunlar keçiriləcək. Bu barədə ShimalNews 4 fevral tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
"Mənim Azərbaycanım" intellekt marafonu layihəsinin əsas məqsədi Azərbaycanımızın tarixinin, coğrafiyasının, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, tarixi şəxsiyyətlərinin, hərb tarixinin təbliğ edilməsidir. Marafonun seçim turlarının qalibləri Quba rayonunda mart ayında keçiriləcək finalda mübarizə aparacaqlar.
İştirak etmək istəyən gənclər təşkilata müraciət edə bilərlər.