Quba, Xaçmaz, Qusar rayonlarında gilas, fındıq və alma bağları olan fermerlər zərər çəkiblər. Bu haqda ShimalNews 1 dekabr tarixində məlumat verir.
Havanın qeyri-sabit keçməsi keyfiyyətli məhsul əldə etməyə mane olub. Təsərrüfatların sığortalanmaması isə təsərrüfatçıları maliyyə çətinlikləri ilə təkbətək qoyub. Əkin sahəsini sığorta etdirənlərə isə ödənişlər edilməyə başlanıb.