Xaçmaz və Qusar gəncləri hazırladıqları ekoçantaları sakinlərə paylayıblar. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
Aksiya Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin və Qusar rayonu Professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdləri tərəfindən təşkil edilib. Dərzi köməkçisi ixtisası üzrə təhsil alan gənclər ekologiyanın qorunması və təbiətin çirklənməsinin qarşısının alınması məsələlərinə diqqət yetirmək istəyiblər.