Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın necə keçəcəyini proqnozlaşdırıb. Bu barədə ShimalNews 28 dekabr tarixində xəbər verir.
İsmayıllı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-3° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 3-5° isti olacağı bildirilir.