Qusar və Qubadan keçən çayların su səviyyəsi azalıb. Bu barədə ShimalNews 26 iyul tarixində Azərtac-a istinadən məlumat verir.
Bu günə olan məlumata görə, Kuzun məntəqəsində Qusarçayın suyu son göstəriciyə nisbətən 10 santimetr aşağı düşüb. Vəlvələçayın Təngəaltı məntəqəsində isə 3 santimetr azalma qeydə alınıb.
Qusarçay Xəzər dənizinə axmazdan öncə Qusar, Quba və Xaçmaz rayonları ərazisindən keçir. Onun ümumi uzunluğu 108 km təşkil edir. Suvarma işlərində geniş istifadə olunan bu çayın üzərində 4 ədəd hidroelektrik stansiya quraşdırılıb.