Şimal bölgəsində Qələbə Günündə “Azərpoçt” MMC-nin filial və şöbələri fəaliyyət göstərəcək. Bu haqda ShimalNews 9 may tarixində məlumat verir.
Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da, vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə poçt məntəqələri saat 10:00-dan 17:00-dək açıq olacaq.
“Azərpoçt” MMC ilə əlaqə (012) 493-56-00.