Xaçmaz, Quba, Qusar rayonlarında “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” mövzusunda yeni layihə üzrə fəaliyyətlərə start verilib. Bu haqda ShimalNews 6 may tarixində “Redaktor.az”a istinadən məlumat verir.
Layihə Media və Mülki Cəmiyyət İctimai Birliyi (İB) tərəfindən keçiriləcək, maliyyə dəstəyi isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil ediləcək.
İB-nin sədri Xanoğlan Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər may ayının 1-dən iyulun 31-dək davam edəcək. O qeyd edib ki, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.