Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri respublika fənn olimpiadalarına qatılıblar. Bu barədə ShimalNews 11 dekabr tarixində məlumat verir.
Bilik yarışında 4673 şagird iştirak etmək üçün qeydiyyatdan keçib. Rayonlar üzrə onlar: Quba - 1534, Xaçmaz - 1114, Qusar - 866, Siyəzən - 621, Şabran - 538 nəfər təşkil edir.