Samur-Abşeron kanalında naməlum kişi meyiti tapılıb.
"Report"un məlumatına görə, kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub.
Əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Meyitin sudan çıxarılması üçün zəruri işlər həyata keçirilir.
Hadisənin hansı şəraitdə baş veridiyi məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.