Şamaxı rayonu ərazisində 3,7 maqnitudada zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Shimal.News-a bildirilib ki, yerli vaxtla 16:02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.