Şamaxı şəhərində 32 yaşlı sakin Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.
Qafqazinfo.az-ın məlumatına görə, hadisə mayın 15-i saat 18:00 radələrində qeydə alınıb.
G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışıb və təmizlik işləri görərkən pəncərədən yıxılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır.