top
Şəkidəki kollecdə qalmaqal: Tələbələrdən 350-500 manat pul alınır
16 aprel 2025, 16:25
- +

Şəkidəki kollecdə qalmaqal: "Tələbələrdən 350-500 manat pul alınır"

Şəki Dövlət Regional Kolleci və onun rəhbərliyi barəsində ciddi iddialar səsləndirilib.

Bu iddialar uzun illər həmin təhsil ocağında çalışmış, pedaqoq, musiqiçi Yaqub Yusifovun Bakupost.аz-a müraciətində yer alıb.

Onun bildirdiyinə görə, qədim təhsil ənənəsinə malik olan kollecdə hazırda təhsildən çox “rüşvət və özbaşınalıq” hökm sürür.

Şikayətçi bildirib ki, tələbələr semestr imtahanlarında rüşvət verməyə məcbur edilir:

Foto: Yaqub Yusifov

“Tələbələrdən hər semestr 350-500 manat arası pul alınır. Pul verməyənə qiymət yazılmır. Dərslərdə iştirak edən yoxdur, tədrisə münasibət isə faciəvidir”, - deyə o vurğulayıb.

Yaqub Yusifov kollecin direktoru Sərdar Şərifovun və dərs hissə müdiri Sevinc Abdurahmanovanın rəhbərliyi altında tədrisin tamamilə ikinci plana keçdiyini iddia edir.

O, rəhbərliyin rüşvətlə diplom verdiyini, dərs saatlarının qanunsuz azaldıldığını və şəxsən ona qarşı qərəzli münasibət göstərildiyini bildirib:

"Məni dərs saatlarımdan məhrum edib, 65 yaşımı bəhanə edərək müəllimlikdən uzaqlaşdırdılar. Daha sonra məktəbdə məni sadəcə piano sazlayan kimi təsdiq etdilər. Bu, açıq-aşkar qisasçılıqdır".

Məsələ ilə bağlı Şəki Dövlət Regional Kolleci ilə əlaqə saxlanılıb.

Kollecdən bildirilib ki, səslənən iddialar əsassızdır:

“Biz həmin şəxsi 65 yaşı bitdikdən sonra da humanistlik edib işdə saxladıq. Müddətli əmək müqaviləsi ilə 5 il müddətinə işlə təmin etdik. 70 yaşı bitdikdən sonra isə müqavilə bağlamadıq”.

 

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Bu gün, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Bu gün, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Bu gün, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Bu gün, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Bu gün, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Bu gün, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Bu gün, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Bu gün, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Bu gün, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
Dünən, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
Dünən, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
Dünən, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
Dünən, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
Dünən, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
Dünən, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
Dünən, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
Dünən, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
Dünən, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
Dünən, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
Dünən, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
Dünən, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
Dünən, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Oxşar xəbərlər