Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Report.az-ın məlumatına görə, polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində öldürülüb. Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.