Mayın 5-dən etibarən Şəki şəhəri ərazisində müharibə mövzulu bədii filmin çəkilişləri aparılacaq. Bu səbəbdən zirehli texnika və hərbi kolonların şəhər daxilində hərəkəti planlaşdırılır.
Sheki.Media-nın məlumatına görə, bu barədə "Urfansoy Film" məlumat yayıb. Bildirilib ki, əhalidən təşvişə düşməməsi xahiş olunub. Çəkilişlər müvafiq qurumlarla razılaşdırılıb.
"Zirehli texnika və hərbi kolonların foto və video çəkilişlərinə qəti şəkildə yol verilməməlidir.
Əks halda, bu cür hallar müvafiq qanunvericiliyə əsasən hüquqi məsuliyyət doğura bilər", - deyə məlumatda vurğulanıb.