Şəki şəhərində ikimərtəbəli evdə yanğın olub.
Modern.az-ın məlumatına görə, hadisə günorta saatlarında Bəxtiyar Abbasov küçəsində qeydə alınıb. Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv.m olan 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Nəticədə evin dam örtüyü, evin ikinci mərtəbəsindəki mətbəxin 40 kv/m-lik sahəsi, birinci mərtəbədəki mətbəx 7 kv/m sahədə və evə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb.
Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.