İsmayıllıdan olan Vətən müharibəsi şəhidi Etibar Şirinovun bacısının toy mərasimi keçirilib. Bu barədə ShimalNews 15 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Şəhidimizin valdeynlərinin sevincini bölüşmək üçün şəhid ata və anaları, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xeyir işdə iştirak ediblər.
“Belə xoş günləri bütün şəhid ailələrimizə, qazilərimizə arzu edirəm. Bir daha uca Allahdan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyirəm”, - deyə icra başçısı bildirib.