"Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin sığortası üçün açıq tender elan edib. Bu haqda ShimalNews 22 may tarixində “Report”a istinadən məlumat verir.
Təkliflər iyunun 16-da saat 14:00-da səhmdar cəmiyyətinin yerləşdiyi Qusar rayonu, Qusar–Ləzə avtomobil yolunun 29-cu kilometri ünvanına təqdim edilə bilər. İştirak haqqı 50 manatdır.
Qalib şirkətin 6 ədəd "Mitsubishi L200" markalı minik avtomobilini sığortalaması nəzərdə tutulur.