Ötən il Şahdağ Milli Parkının İsmayıllı bölməsinə buraxılan nəcib marallar artıq bala verməyə başlayıblar. Bu barədə ShimalNews 5 iyul tarixində Azərtac-a istinadən məlumat verir.
Reintroduksiya layihəsi maralların əvvəlcə Şahdağ Milli Parkında adaptasiya dövrü keçməsini, sonra onların tarixən məskunlaşdığı bölgənin müxtəlif yerlərində təbiətə buraxılmasını nəzərdə tutur.
Azərbaycanda 800 başadək maral yaşayır. Bu sayın artırılması məqsədi ilə ölkəyə yeni nəcib maral növləri gətirilib. Artıq onların üçü bala verib.
Baytarın və milli parkın əməkdaşlarının nəzarətində olan ana və bala marallar yırtıcılardan mühafizə məqsədilə qapalı şəraitdə saxlanılırlar. Onların qidalanmasına xüsusi diqqət yetirilir.
[video width="640" height="360" mp4="https://shimal.news/storage/photos/2023/07/16884716903712637966.mp4"][/video]