top
Sağlamlıq hər kəsin haqqıdır? – Ucqarlarda unudulmuş həqiqət…
15 yanvar 2025, 12:30
- ↺ +

Sağlamlıq hər kəsin haqqıdır? – Ucqarlarda unudulmuş həqiqət…

Ölkənin ucqar rayonlarında həkim tapmaq artıq sağlamlıqla bağlı bir ehtiyac deyil, sanki kənd həyatının ənənəvi məşğulluğuna, qədim oyun növlərindən birinə çevrilib. “Doktor, doktor, haradasan?” oyunu səhər tezdən başlayır və kənd sakinləri bütün bacarıqlarını səfərbər etməklə yarışa qoşulurlar. Qalibi tapılmayan bu oyunun finalı isə çox zaman eyni sonluqla bitir. Uzun mübarizə nəticəsində əlaqə vasitəsi tapdıqdan sonra ya həkimə zəng çatmır, ya da ümidləri puç edən cavab gəlir: "Mən artıq Bakıya köçmüşəm".

Kənddə təsadüfən bir həkim tapılarsa, o artıq kəndin “ulduzuna” çevrilir. Bütün peşəkarlığını ortaya qoyan həkimin bacarıqları sərhədləri aşır: doğum, cərrah, diş çəkilməsi və sair - hamısı onların fəaliyyətində zirvə nöqtəsidir. Bu həkimlərə müasir avadanlıqlarla təchiz olunmuş klinikalar, xəstəxanalar da lazım deyil. Xalq təbabətindən eşitdikləri və biraz güclü hissetmə qabiliyyəti bəs edir ki, diaqnoz qoysunlar, bütün xəstəliklər barədə fikir bildirsinlər. "Bizim həkim hər dərdin dərmanıdır" ifadəsi ucqar kəndlərin şüarlarındandır.

Həkimsiz qalan kənd xəstəxanaları isə tamam başqa bir aləmdir. Buraya daxil olarkən qarşında vaxtilə işləyən tibbi avadanlıqlar və tozlanmış dərman şüşələri ilə dolu nostalji mənzərə açılır. Divarlardan asılmış qədim tibbi aforizmlər isə adama “müalicə bəlkə də bu sitatların arasında gizlənib” hissini verir. Üstəlik, tibbi personal çatışmazlığı səbəbindən bu xəstəxanalar bəzən “qapalı tamaşalara” bənzəyir – nə tamaşaçı var, nə də aktyor.

Amma kənd camaatı hər şərtlərdə nikbindir. “Allah böyükdür, sağaldar” prinsipi ilə yaşayıb xəstəlikləri Allaha tapşırırlar.

Bəs həkimlər niyə ucqar kəndlərə gəlmək istəmir? Ucqar kənd sakinləri, hətta ucqar olmayan kəndlərin sakinləri nə üçün dərdlərinə çarəni Bakıda axtarmalı olurlar?

Dünya təcrübəsində bu problem çoxdan həll edilib. Qazaxıstanda mobil klinikalar kəndləri gəzir, Gürcüstan kənddə işləyən həkimlərə xüsusi imtiyazlar verir. Bizdə isə “mobil klinika” anlayışı kəndin ağsaqqalının öz maşını ilə xəstəni rayon mərkəzinə aparmasıdır.

Shimal.News məsələ ilə bağlı professor Adil Qeybullanın fikirlərini də öyrənib.

Professor Adil Qeybulla

Professorun sözlərinə görə, həkimlərin rayonlara getməsi üçün səhiyyə bir sistem şəklini almalıdır:

“Səhiyyənin səviyyəsi o vəziyyətə çatmalıdır ki, rayonlarla Bakı arasında xüsusi bir fərq olmasın. İnsanlar niyə Bakıya can atırlar? Çünki burada yaşam üçün sosial imkanlar çoxdur, rayonlarda isə məhduddur. Belə aşağı maaşla, məhdud şəraitlə adamlar rayona gedib hansı prinsiplə işləsinlər?! Burada mənəviyyat prinsipləri keçmir. Hesab edirəm ki, rayonlara göndərilən həkimlərin xüsusi stimulu olmalıdır”.

A.Qeybulla vurğulayır ki, ucqar ərazilərə göndərilən həkimlər dərhal yaşayış yeri ilə təmin olunmalıdır:

“Onlara yüksək maaş verilməli, 1 il stajı 1,5 il kimi hesablanmalı, müəyyən kommunal və sosial güzəştlər almalı, avtomobillə təmin olunmalıdırlar. Mütləqdir ki, rayonlarda işləyən şəxslər müəyyən parametrlərlə Bakıda fəaliyyət göstərən həkimlərdən üstün olmalıdırlar. Paralel olaraq səhiyyəni sistemə çevirmək lazımdır. Səhiyyə sistemə çevriləndə harada işləməyin bir önəmi olmayacaq. Nə qədər ki, sadalananlar yoxdur, Hippokrat andı ilə bu məsələlərin həlli mümkün deyil”.

TƏBİB-dən isə Shimal.News-a bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığının olduğunu təsdiqləyiblər:

Sağlamlıq hər kəsin haqqıdır? – Ucqarlarda unudulmuş həqiqət…

“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 min 92 həkim fəaliyyət göstərir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində qurum tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək”.

Qurum bildirir ki, Quba-Xaçmaz tibbi ərazi bölməsi (TƏB) üzrə fəaliyyət göstərən tabeli tibb müəssisələrində ali tibb sahəsi üzrə kadr çatışmazlığı əsasən anestezioloq-reanimatoloq, nevropatoloq, ftiziatr, mama-ginekoloq, endokrinoloq, infeksionist və otorinolarinqoloq vəzifələri üzrə müşahidə olunur.

Sonda qeyd edək ki, sağlamlıq hər bir vətəndaşın fundamental haqqıdır və bu haqqın təmin edilməsi üçün yalnız nikbinliyə deyil, həmçinin dövlətin təsirli, uzunmüddətli və hərtərəfli həllərinə ehtiyac var. İnsanların yaşadığı yer fərqi qoyulmadan keyfiyyətli tibbi xidmətlərə çıxış hüququ təmin edilməli, xüsusilə ucqar ərazilərdə həkimlərin və tibbi infrastrukturların əlçatanlığı üçün ciddi addımlar atılmalıdır. Sağlam cəmiyyət isə yalnız hər bir üzvünün qayğısına qaldığı zaman formalaşa bilər.

 

Zaur Mirzə

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
Dünən, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
Dünən, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
Dünən, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
Dünən, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
Dünən, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
Dünən, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
Dünən, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
Dünən, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Dünən, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Dünən, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Dünən, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Dünən, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Dünən, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Dünən, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Dünən, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Dünən, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Dünən, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Dünən, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
24 sentyabr 2026, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
24 sentyabr 2026, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
24 sentyabr 2026, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
24 sentyabr 2026, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
24 sentyabr 2026, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Oxşar xəbərlər