Xaçmazın icra başçısı Elnur Rzayev Xudatda sakinlərlə görüşüb. Bu barədə ShimalNews 15 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri, həmçinin Şollar qəsəbəsinin sakinləri iştirak ediblər.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri, su təchizatının yaxşılaşdırılması, şəhər daxili marşrutun açılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.