Qubada Vətən Müharibəsi qazisi, 3-cü qrup əlil Elgün Nəsrullayev ziyarət olunub. Bu barədə ShimalNews 1 may tarixində RİH-yə istinadən məlumat verir.
Bu gün icra başçısı Ziyəddin Əliyev Ərməki kəndində olub. Burada qazimizin yaşadığı evdəki şəraitlə tanışlıq olub.
Evin vəziyyətini nəzərə alaraq, RİH tərəfindən yeni evin tikintisi təmin ediləcək. Eləcə də mayın 10-da qazimizin toy məclisinin təşkili məqsədilə rayon rəhbərliyi aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.