Qubada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Qərargahın iclası keçirilib. Bu barədə ShimalNews 4 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Görüş bu gün İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin sədrliyi ilə baş tutub. Rayon ərazisində suvarma və içməli su sahəsində indiyədək görülmüş işlər, mövcud problemlər və həlli vacib olan məsələlər barədə geniş danışılıb.
Qeyd olunan sahələrdə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunması, neqativ hallara yol verilməməsi barədə aidiyyəti şəxslərə ciddi tapşırıqlar verilib.