İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 4 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Görüş iyulun 6-sı saat 11:00-da Zərgəran kəndində baş tutacaq. Vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət edə bilərlər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər [email protected] və ya (020) 285-55-97 nömrəsinə müraciət edə bilərlər.