İsmayıllının icra başçısı Nahid Bağırov sakinləri qəbul edib. Bu barədə ShimalNews 20 sentyabr tarixində xəbər verir.
Görüş Rayon İcra Hakimiyyətində baş tutub. Burada rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar sakinlər tərəfindən qaldırılan məsələləri dinləyiblər.
Səsləndirilən məsələlərin həlli məqsədilə təşkilat rəhbərlərinə tapşırıqlar verilib.