Quba-Xaçmaz Regional Təhsil İdarəsində vətəndaşların qəbul günləri açıqlanıb. Bu barədə ShimalNews 28 iyul tarixində idarənin Facebook hesabına istinadən məlumat verir.
Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hər həftənin çərşənbə və cümə günləri saat 15:00-dan 17:00-dək vətəndaşları qəbul edir. Vətəndaşlar, qəbula gəlməzdən əvvəl aidiyyəti rayon üzrə təhsil sektoruna müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün rayon təhsil sektorları üzrə əlaqə nömrələrini təqdim edirik:
Quba rayonu üzrə: (023) 335-34-00 / (070) 590-28-27;
Xaçmaz rayonu üzrə: (050) 543-45-32;
Qusar rayonu üzrə: (050) 612-31-42.