top
Ramin Məmmədov Zaqatala məscidlərini ziyarət edib - FOTO
25 aprel 2025, 10:00
- ↺ +

Ramin Məmmədov Zaqatala məscidlərini ziyarət edib - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatala rayonu Mosul, Əliabad qəsəbəsi "Cümə" və Danaçı kənd məscidlərini ziyarət edib.

Bu barədə Shimal.News-a Dövlət Komitəsindən məlumat verilib.

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Ramin Məmmədov Azərbaycanda dini etiqad azadlığının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib:

"Ölkədə milli-mənəvi, əxlaqi dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Dövlət-din münasibətlərinin Azərbaycan modeli ilk növbədə, fərqli konfessiyaların nümayəndələrinin tarixən formalaşmış birgəyaşayış normalarına, etnomədəni ənənələrə riayət etmələrinə əsaslanır. Respublikada müxtəlif dinlərə aid ibadət ocaqları çoxmillətli və multikultural cəmiyyətimizin xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir".

Bu dəyərlərin qorunub saxlanılmasında din xadimlərinin də üzərinə kifayət qədər vəzifə düşdüyünü qeyd edən Dini Komitənin sədri onların peşəkar inkişafına dəstək göstərilməsinin vacibliyindən danışıb.

Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, təhsilli olmalarının əhəmiyyətinə də toxunan Ramin Məmmədov dini sahədə qarşıda duran çağırışlardan da bəhs edib.

 

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər