Qusarda "Gənclər davamlı inkişaf üçün" layihəsinin növbəti təlimi keçirilib. Bu barədə ShimalNews 8 avqust tarixində Qusar GİKM nümayəndəliyinə istinadən məlumat verir.
Gənclərə ünsiyyət bacarıqları aşılanıb. Təlim zamanı iştirakçılar "Ünsiyyətin tərəfləri", “Effektiv ünsiyyət modeli”, "Bədən dili", “Sendviç metodu” mövzularında məlumat əldə ediblər.
Daha sonra müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb.
Bu layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.