Qusarda qəbiristanlıq dağıdılıb. Bu haqda ShimalNews 14 iyun tarixində DİN-nin mətbuat xidməti məlumat verir.
Hadisə Qılahoba kəndində qeydə alınıb. Sakinlər polisə müraciət edərək bildiriblər ki, naməlum şəxs onların ailə üzvlərinin qəbir daşlarını yararsız hala salıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 44 yaşlı Pərviz Eldarov saxlanılıb.
Araşdırma aparılır.