Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qusarda maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 23 dekabr tarixində məlumat verir.
Aidiyyəti qurumlar Samur qəsəbə və Bədişqala kənd tam orta məktəblərində olublar. Onlar məktəblilərə fövqəladə hallarla bağlı davranış qaydalarını izah ediblər.
Bu cür tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün addımların atılmasını öyrətməkdən ibarətdir.